...

Merkel Trampın qaçqınlar haqqında fərmanını tənqid edib

Dünya xəbərləri Materials 29 Yanvar 2017 15:58 (UTC +04:00)
Almaniyanın kansleri Angela Merkel Trampın əhalisinin çoxu müsəlman olan ölkələrin vətəndaşlarının ABŞ ərazisinə girişinin qadağan edilməsi barədə fərmanını tənqid edib
Merkel Trampın qaçqınlar haqqında fərmanını tənqid edib

Bakı. Trend:

Almaniyanın kansleri Angela Merkel Trampın əhalisinin çoxu müsəlman olan ölkələrin vətəndaşlarının ABŞ ərazisinə girişinin qadağan edilməsi barədə fərmanını tənqid edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu AFR hökumətinin nümayəndəsi Şteffen Zaybert "Spiegel" qəzetinə müsahibəsində deyib.

"Merkel əmindir ki, terrorçuluqla fəal mübarizə müəyyən mənşəli və ya dini olan insanları terrorçuluqda şübhəli bilməyə əsas vermir", - Zaybert deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti