...

ABŞ 7 ölkə vətəndaşlarına müraciət etdi: Viza istəməyin!

Dünya xəbərləri Materials 30 Yanvar 2017 15:53 (UTC +04:00)
Səfirlik bildirir ki, vizaların verilməsi növbəti bildirişə qədər dayandırılıb.
ABŞ 7 ölkə vətəndaşlarına müraciət etdi: Viza istəməyin!

Bakı. Trend:

Birləşmiş Ştatların Almaniyadakı səfirliyi İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ vizası almaq üçün müvəqqəti olaraq sənəd təqdim etməməyi tövsiyə edib.

Trend xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "Facebook" səhifəsində məlumat yayılıb.

Səfirlik bildirir ki, vizaların verilməsi növbəti bildirişə qədər dayandırılıb.

Qeyd edək ki, viza verilməsi Prezident Donald Trampın fərmanına əsasən dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti