...

"Türk Hava Yolları" pulları qaytarır

Dünya xəbərləri Materials 31 Yanvar 2017 00:08 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkəti prezident Donald Trampın fərmanı nəticəsində ABŞ-a uçuşu qadağan edilən ölkə vətəndaşlarının pulunu geri qaytarır.
"Türk Hava Yolları" pulları qaytarır

Bakı. Trend:

"Türk Hava Yolları" aviaşirkəti prezident Donald Trampın fərmanı nəticəsində ABŞ-a uçuşu qadağan edilən ölkə vətəndaşlarının pulunu geri qaytarır.

Trend xəbərinə görə, aviaşirkətin yaydığı məlumatda deyilir ki, sərnişinlər bileti geri qaytara və ya dəyişə bilərlər:

"Biletlər kassada heç bir əlavə ödəniş olmadan dəyişdirilir və ya heç bir məbləğ tutulmadan geri qaytarılır".

ABŞ Prezidenti Donald Trampın cümə günü imzaladığı fərmana əsasən İraq, İran, Suriya, Somali, Liviya, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a gəlməsi qadağan edilib.

Bu fərmandan sonra İstanbulun Atatürk hava limanından ABŞ-a uçmalı olan həmin ölkə vətəndaşlarının enişinə icazə verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti