...

Braziliyada sarı qızdırma 46 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 31 Yanvar 2017 04:56 (UTC +04:00)
Braziliyada son bir neçə həftə ərzində sarı qızdırma xəstəliyindən [ölənlərin sayı 46 nəfərə çatıb
Braziliyada sarı qızdırma 46 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Braziliyada son bir neçə həftə ərzində sarı qızdırma xəstəliyindən [ölənlərin sayı 46 nəfərə çatıb.

Trend-in məlumatına görə, faktı Braziliya Səhiyyə Nazirliyi də təsdiq edib.

Qurumun məlumatına görə, son günlər 113 şübhəli ölüm faktı yoxlanılıb və onlardan 46 nəfərin məhz bu xəstəlikdən öldüyü məlum olub.

Digər 67 nəfər barəsində yoxlamalar davam edir.

Bundan başqa, sarı qızdırma xəstəliyinin simptomlarını daşıya biləcək 568 nəfər xəstəxanalara yerləşdirilib.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti