...

Tramp ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb

Dünya xəbərləri Materials 31 Yanvar 2017 07:16 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi əmrə tabə olmadığına görə vəzifəsindən kənarlaşdırıb
Tramp ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi əmrə tabə olmadığına görə vəzifəsindən kənarlaşdırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb:

"Baş prokurorun səlahiyyətlərini icra edən Salli Yeyts ABŞ vətəndaşlarının müdafiəsinə dair qanuni əmri reallaşdırmağdan imtina edərək Ədliyyə nazirliyini satdı".

Virginiya ştatının Şərq dairəsinin prokuroru Dana Boente nazirliyin yeni rəhbəri təyin edilib.

Ağ Evdə dəqiqləşdiriblər ki, Ceff Seşns baş prokuror vəzifəsinə təyin olunana qədər Boente nazirliyə rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti