...

Təyyarədə elə dava düşdü ki, bütün reyslər təxirə salındı

Dünya xəbərləri Materials 10 Mart 2017 12:04 (UTC +04:00)
Tunisin "Tunisair" milli aviaşirkəti əməkdaşları arasında baş vermiş davadan sonra bütün reysləri təxirə salmaq barədə qərar verib.
Təyyarədə elə dava düşdü ki, bütün reyslər təxirə salındı

Bakı. Trend:

Tunisin "Tunisair" milli aviaşirkəti əməkdaşları arasında baş vermiş davadan sonra bütün reysləri təxirə salmaq barədə qərar verib. Trend-in məlumatına görə, təyyarədə kaptan və ikinci pilotla texniki heyət arasında baş vermiş mübahisə sonunda böyük bir davaya çevrilib.

Hadisə ilə bağlı təyyarəyə polis çağrılıb. Hətta iş o qədər böyüyüb ki, Tunisin nəqliyyat nazirinin iştirakı ilə məsələnin araşdırılması üçün xüsusi operativ qərargah yaradılıb.

İlkin ehtimal olaraq mübahisənin texniki heyət üçün yeni tətbiq edilmiş uniforma ilə bağlı olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti