...

Qırğızıstanda 100-dən çox dövlət müəssisəsi bağlanır

Dünya xəbərləri Materials 14 Mart 2017 21:07 (UTC +04:00)
Qırğızıstanda 114 dövlət müəssisəsi bağlanacaq, 63 idarə isə yenidən strukturlaşdırılacaq.
Qırğızıstanda 100-dən çox dövlət müəssisəsi bağlanır

Bakı. Trend:

Qırğızıstanda 114 dövlət müəssisəsi bağlanacaq, 63 idarə isə yenidən strukturlaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Sooranbay Cenbekov deyib. Nazirlər kabinetinin iclasında çıxış edən S.Cenbekov dövlət büdcəsinə yük olan və bu səbəbdən bağlanacaq dövlət idarələrinin özəlləşdirilməsi və ya icarəyə götürülməsi üçün işlərin həyata keçiriləcəyini deyib. Onun sözlərinə görə, bu proses bir ay ərzində e-ticarət platforması üzərindən aparılacaq.

Bu arada Qırğızıstanda 1130 dövlət idarəsinin fəaliyyət göstərdiyi açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti