...

Türkiyənin cənubunda zəlzələ baş verib

Dünya xəbərləri Materials 19 Mart 2017 01:15 (UTC +04:00)
Türkiyənin cənubunda zəlzələ baş verib
Türkiyənin cənubunda zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin cənubunda, Mersin vilayətində zəlzələ baş verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü Rixter cədvəli ilə 4,5 bal təşkil edib.

Türkiyə Fövqəladə halların qarşısının alınması və fəsadların aradan qaldırılması İdarəsinin (AFAD) məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb. Xəsarət alanların da olmadığı bildirilib.

Zəlzələnin episentri Anamur rayonu yaxınlığında, yerin 37,8 kilometr dərinliyində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti