...

Çində məktəbdə sıxlıq: ölənlər var

Dünya xəbərləri Materials 22 Mart 2017 09:00 (UTC +04:00)
Çinin Xenan vilayətinin məktəblərinin birində sıxlıq nəticəsində 2 nəfər ölüb.
Çində məktəbdə sıxlıq: ölənlər var

Bakı. Trend:

Çinin Xenan vilayətinin məktəblərinin birində sıxlıq nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə bu barədə Sinxua agentliyi xəbər verir.

Bildirilir ki, insident yerli vaxtla səhər saat 8 radələrində Puyan qəzasının məktəblərinin birinin tualetində baş verib.

Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisənin araşdırılması üçün komissiya yaradılıb. Sıxlığın səbəbləri haqqında məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti