...

Ukraynada Polşa Baş konsulluğunun binası atəşə tutulub

Dünya xəbərləri Materials 29 Mart 2017 09:49 (UTC +04:00)
Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Ukraynada Polşa Baş konsulluğunun binası atəşə tutulub

Bakı. Trend:

Bu gecə naməlum şəxslər Polşanın Ukraynanın Lutsk şəhərindəki Baş konsulluğunun binasını atəşə tutublar.

Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, faktı konsulun müavini Kriştof Savitski də təsdiq edib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanları araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti