Bakı. Trend:
Cənubi Koreya, ABŞ və Yaponiya Hərbi-Dəniz Qüvvələri Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün dənizdə birgə təlimlərə başlayırlar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 3 gün davam etməsi planlaşdırılan təlimlər Çedjou adasının yaxınlığında keçiriləcək. Onların məqsədi - Şimali Koreya təhlükəsinə effektiv cavab verməkdir.
Təlimlərdə 3 esmines iştirak edəcək: Cənubi Koreya tərəfində - "Kang Gam Chan", ABŞ tərəfindən - "McCampbell" və Yaponiya tərəfindən - "Sawagiri".