...

Şotlandiyada 30,500 dollarlıq cəza

Dünya xəbərləri Materials 5 Aprel 2017 01:40 (UTC +04:00)
Şotlandiyanın Dandi şəhərində bir sürücü ödəmədiyi park cəzalarına görə, məhkəmə tərəfindən 24,500 funt sterlinq (təxminən 30,500 dollar) cərimə olunub
Şotlandiyada 30,500 dollarlıq cəza

Bakı. Trend:

Şotlandiyanın Dandi şəhərində bir sürücü ödəmədiyi park cəzalarına görə, məhkəmə tərəfindən 24,500 funt sterlinq (təxminən 30,500 dollar) cərimə olunub.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi məlumata görə, bu cəzanın Böyük Britaniya tarixində ən böyük parketmə cəzası olduğu bildirilir.

Maşını anasının yaşadığı binanın xüsusi qarajının önünə park edən 28 yaşlı Carly Mackie park yerlərini işlədən özəl şirkətlərin ondan pul istəməyə haqqı olmadığını söyləyərək hər gün maşının şüşəsinə yapışdırılan cəza qəbzlərinə əhəmiyyət verməyib.

Lakin şirkət bu binada yaşamayan və 18,500 funt sterlinqə (təxminən 23,000 dollar) çatan borcunu ödəməyi rədd edən Mackie-ni ötən il məhkəməyə verib.

Məhkəmə şirkətin qanuna uyğun bir müqaviləyə əsasən fəaliyyət göstərdiyini bildirərək Mackie-ni günakar çıxarıb. Mackie-nin bu günə qədər heç bir cəzaya etiraz etmədiyi bildirilib.

"Müasir həyatda park yeri sadəcə həyatı asanlaşdıran bir şey deyil, eyni zamanda dəyərli bir vasitədir",-deyə Hakim George Way yazılı açıqlamasında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti