...

Kolumbiyada daşqınlar nəticəsində ölənlərin sayı 301-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 6 Aprel 2017 07:01 (UTC +04:00)
Kolumbiyanın Mokoa bələdiyyəsində (Putumayo departamenti) baş verən daşqınlar nəticəsində ölənlərin sayı 301-ə çatıb
Kolumbiyada daşqınlar nəticəsində ölənlərin sayı 301-ə çatıb (YENİLƏNİB)

Bakı. Trend:

Kolumbiyanın Mokoa bələdiyyəsində (Putumayo departamenti) baş verən daşqınlar nəticəsində ölənlərin sayı 301-ə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha əvvəl 293 nəfərin öldüyü bildirilirdi.

Həlak olan 301 nəfərin yalnız 173-nün kimliyi müəyyənləşdirilib.

XXX

06:30

Kolumbiyanın Mokoa bələdiyyəsində (Putumayo departamenti) baş verən daşqınlardan sonra 314 nəfər itkin düşmüş sayılır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Kolumbiyanın prezidenti Xuan Manuel Santos deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 293 nəfər həlak olub, 332 nəfərə qədər insan xəsarət alıb, 2,7 minə yaxın insan isə müvəqqəti sığınacaqlarda yerləşdirilib.

EFE agentliyinin məlumatına görə, itkin düşənlərin arasında 8 xarici vətəndaş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti