...

Ruhani İranın yeni hərbi texnikası ilə tanış olub

Dünya xəbərləri Materials 15 Aprel 2017 12:49 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani ölkənin Müdafiə Nazirliyinin son iki il ərzində istehsal etdiyi hərbi texnikanın nümayiş olunduğu sərgidə iştirak edib
Ruhani İranın yeni hərbi texnikası ilə tanış olub

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran Prezidenti Həsən Ruhani ölkənin Müdafiə Nazirliyinin son iki il ərzində istehsal etdiyi hərbi texnikanın nümayiş olunduğu sərgidə iştirak edib.

Trend-in məlumatına görə, H.Ruhani “Kosar” milli təlim təyyarəsi, “Mohajer-6” taktiki pilotsuz uçuş aparatı, “Nasir” gəmi əleyhinə qanadlı raketi və “hava-hava” tipli “Fakor” raketi ilə tanış olub.

Bundan başqa, İran prezidenti “Qaher-313” qırıcısının uçuşa hazırlıq mərasimində də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti