...

Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə başa çatıb

Dünya xəbərləri Materials 16 Aprel 2017 18:23 (UTC +04:00)
Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə başa çatıb
Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə başa çatıb

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə başa çatıb.

Trend-in məlumatına görə, səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.

Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanıb.

Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edə bilər.

Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.

Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti