...

Türkiyədə referendumda bülletenlərin sayımı bitib, seçicilərin 51,33%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyib (YENİLƏNİB-6)

Dünya xəbərləri Materials 16 Aprel 2017 23:24 (UTC +04:00)
Türkiyənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səslərin ilkin hesablanması başa çatıb
Türkiyədə referendumda bülletenlərin sayımı bitib, seçicilərin 51,33%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyib (YENİLƏNİB-6)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:00-da yayılıb)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səslərin ilkin hesablanması başa çatıb.

Trend-in məlumatına görə, ilkin məlumata əsasən seçicilərin 51,33 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

Qeyd edək ki, seçicilərin 84 faizi səsvermədə iştirak edib.

XXX

21:23

İlkin məlumata əsasən Türkiyədə referendumda bülletenlərin 98%-i sayılıb.

Trend-in məlumatına görə, bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51,34 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

XXX

20:52

İlkin məlumata əsasən Türkiyədə referendumda bülletenlərin 97%-i sayılıb.

Trend-in məlumatına görə, bülletenlərin 97 faizinin sayılmasından sonra seçicilərin 51.49 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

XXX

20:31

İlkin məlumata əsasən Türkiyədə referendumda bülletenlərin 94%-i sayılıb.

Trend-in məlumatına görə, bülletenlərin 94 faizinin sayılmasından sonra seçicilərin 51.83 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

XXX

20:14

İlkin məlumata əsasən Türkiyədə referendumda bülletenlərin 91%-i sayılıb.

Trend-in məlumatına görə, bülletenlərin 91 faizinin sayılmasından sonra seçicilərin 52.4 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

XXX

20:05

İlkin məlumata əsasən Türkiyədə referendumda bülletenlərin 87%-i sayılıb.

Trend-in məlumatına görə, bülletenlərin 87 faizinin sayılmasından sonra seçicilərin 52.9 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

XXX

20:00

İlkin məlumata əsasən Türkiyədə referendumda bülletenlərin 80%-i sayılıb.

Trend-in məlumatına görə, bülletenlərin 80 faizinin sayılmasından sonra seçicilərin 53.6 faizi Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

Səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.

Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanıb.

Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edə bilər.

Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.

Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-si başlayan səsvermə aprelin 16-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti