...

ABŞ-da gecə klubunda atışma: 9 yaralı

Dünya xəbərləri Materials 17 Aprel 2017 02:53 (UTC +04:00)
ABŞ-ın Ohayo ştatında gecə klubunda atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb
ABŞ-da gecə klubunda atışma: 9 yaralı

Bakı. Trend:

ABŞ-ın Ohayo ştatında gecə klubunda atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Kolumbus şəhərinin polisi xəbər verir.

Qeyd olunur ki, yerli vaxtla saat 06:20 J & R Party Hall klubunda naməlum şəxs atəş açmaya başlayıb. Atışma nəticəsində 9 nəfər yaralanıb.

Polisin məlumatına görə, xəsarət alanlardan beşi qadın və dördü isə kişidir.

Məlumatına görə, xəsarət alanların ikisinin vəziyyəti kritik olaraq qalır.

Bildirilir ki, hazırda şübhəlilər barədə məlumatlar yoxdur. Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti