...

Ərdoğan: Obama Ankaranı aldadıb

Dünya xəbərləri Materials 20 Aprel 2017 12:53 (UTC +04:00)
ABŞ-ın keçmiş prezidenti Barak Obama Ankaranı aldadıb və Suriyada kürd PYD təşkilatına yardım göstərməyə başlayıb
Ərdoğan: Obama Ankaranı aldadıb

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Barak Obama Ankaranı aldadıb və Suriyada kürd PYD təşkilatına yardım göstərməyə başlayıb.

Trend-in məlumatına görə, bunu “Əl-Cəzirə” telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, rəsmi Ankara bu addımına görə Vaşinqtonu dəfələrlə tənqid edib.

R.T.Ərdoğan ABŞ-ın hazırkı prezidenti ilə Suriyadakı kürd qruplaşmalarına yardım göstərilməsi məsələsini müzakirə edəcəyini deyib: “ABŞ və Türkiyə arasında PKK ilə mübarizə ilə bağlı razılıq var və bu B.Obamanın prezidentliyi dövründə də mövcud olub. Amma təəssüf ki, Obama bu məsələdə Türkiyəni aldatdı. Ümid edirəm ki, ABŞ-ın yeni administrasiyası bu səhvi təkrarlamayacaq”.

Xəbər lenti

Xəbər lenti