...

Tramp: Filippinə gedəcəyəm

Dünya xəbərləri Materials 20 Aprel 2017 13:52 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp cari ilin noyabr ayında Filippində keçiriləcək sammitdə iştirak etmək üçün bu ölkəyə səfər etməyi planlaşdırır.
Tramp: Filippinə gedəcəyəm

Bakı. TRend:

ABŞ prezidenti Donald Tramp cari ilin noyabr ayında Filippində keçiriləcək sammitdə iştirak etmək üçün bu ölkəyə səfər etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Filippinin ABŞ-dakı səfiri Marsiano Peynora istinadən məlumat yayılıb.

Diplomat deyib: "Tramp ABŞ prezdienti seçilərkən bu münasibətlə Filippin prezidenti Rodriqo Duterte telefonla zəng edib onu təbrik edərkən, Tramp şifahi şəkildə bildirib ki, noyabrda Filippinə gələcək".

Qeyd edək ki, iki ölkə prezidenti arasında telefon danışığı ötən ilin dekabrında Tramp prezident seçilərkən baş tutub.

Xəbər lenti

Xəbər lenti