...

Pens: ABŞ Koreya yarımadasının nüvəsiz statusunun saxlanılması üçün çalışacaq

Dünya xəbərləri Materials 22 Aprel 2017 08:30 (UTC +04:00)
ABŞ Asiya-Sakit Okean regionunda "sülhün və sabitliyin dəstəklənməsi üçün lazım olan hər şeyi etməyə hazırdır"
Pens: ABŞ Koreya yarımadasının nüvəsiz statusunun saxlanılması üçün çalışacaq

Bakı. Trend:

ABŞ Asiya-Sakit Okean regionunda "sülhün və sabitliyin dəstəklənməsi üçün lazım olan hər şeyi etməyə hazırdır".

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ vitse-prezidenti Mayk Pens Sidneydə Avstraliyanın baş naziri Malkolm Ternbull ilə keçirilmiş danışıqlardan sonra deyib.

Vitse-prezident qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə Koreya yarmadasında nüvəsiz statusunun saxlanılması üçün "KXDR-ya iqtisadi və diplomatik təzyiq göstərməkdə davam edəcək".

"Biz bütün mümkün variantları nəzərdən keçiririk", - Pens deyib.

Avstraliyanın baş naziri öz növbəsində Çini Phenyana olan "nəhəng təsir"indən istifadə etməyə çağırıb.

"Biz də hesab edirik ki, Çin bu baxımdan indiyədək etdiyindən daha çoxunu edə bilər", - Mayk Pens deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti