...

Fransada prezidenti seçkiləri: Parisdəki iğtişaşlar zamanı 29 nəfər saxlanılıb, yaralılar var

Dünya xəbərləri Materials 24 Aprel 2017 12:13 (UTC +04:00)
Fransa prezidenti seçkilərinin birinci turundan sonra Parisdəki qarşıdurmalar nəticəsində 29 nəfər saxlanılıb.
Fransada prezidenti seçkiləri: Parisdəki iğtişaşlar zamanı 29 nəfər saxlanılıb, yaralılar var

Bakı. Trend:

Fransa prezidenti seçkilərinin birinci turundan sonra Parisdəki qarşıdurmalar nəticəsində 29 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, Paris prefekturası iğtişaşlar zamanı 9 nəfərin - 6 polis əməkdaşı və 3 nümayişçinin xəsarət aldığını bildirib.

Bastiliya meydanında polisin etirazçılara qarşı gözyaşardıcı qaz, tüstü və səs şaşkalarından istifadə etdiyi deyilir.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunun nəticələrindən sonra Parisdə "Nə Le Pen, nə də Makron" şüarı altında etirazların keçirilməsinə başlanıb.

Xatırladaq ki, "İrəli" hərəkatının lideri E.Makron 23,75 faiz, Milli Cəbhə Partiyasının sədri M.L.Pen isə 21,53 faiz səslə prezident seçkilərinin ikinci turuna adlayıblar. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti