...

Le Pen partiyasının işlərindən uzaqlaşdığını bəyan edib

Dünya xəbərləri Materials 25 Aprel 2017 00:01 (UTC +04:00)
"Milli cəbhə" partiyasından Fransa prezidentliyə namizəd Marin Le Pen bəyan edib ki, seçki kampaniyası zamanı öz partiyasının işlərindən uzaqlaşıb
Le Pen partiyasının işlərindən uzaqlaşdığını bəyan edib

Bakı. Trend:

"Milli cəbhə" partiyasından Fransa prezidentliyə namizəd Marin Le Pen bəyan edib ki, seçki kampaniyası zamanı öz partiyasının işlərindən uzaqlaşıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Le Pen France2 telekanalında müsahibəsində bildirib:

"Mən "Milli cəbhə"-dəki prezidentliyimdən məzuniyyət götürmüşəm. Mən indi yalnız prezidentliyə namizədəm".

Qeyd edək ki, 23 aprelin Fransada prezident seçkilərinin ilk turu keçirilib. Dövlət başçısı vəzifəsinə 11 namizəd iddia edir. DİN-in yekun məlumatlarına görə, birinci turun nəticələrinə görə "İrəli" hərəkatının lideri, ölkənin keçmiş iqtisadiyyat naziri Emmanuel Makron 24,01% səs toplayıb, "Milli cəbhəsi" partiyasının lideri Marin Le Pen 21,3%-lə ikinci olub. Bununla da Makron və Le Pen prezident seçkilərinin ikinci turunda iştirak etmək hüququ qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti