...

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

Dünya xəbərləri Materials 30 Aprel 2017 04:19 (UTC +04:00)
Mali Milli Assambleyasının üzvləri ölkədə fövqəladə vəziyyət rejiminin 6 ay müddətinə uzadılmasının lehinə səs veriblər
Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

Bakı. Trend:

Mali Milli Assambleyasının üzvləri ölkədə fövqəladə vəziyyət rejiminin 6 ay müddətinə uzadılmasının lehinə səs veriblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təhlükəsizlik xidməti əməkdaşlarına həbslər ilə bağlı əlavə səlahiyyətlər veriləcək. Malidə ilk dəfə fövqəladə vəziyyət rejimi 2015-ci ilin noyabr ayında təyin edilmişdi.

Qeyd edək ki, Malidə böhran tuareq tayfasının ölkənin şimal hissəsini zəbt edib Azavad "müstəqil" dövlət elan etmələrindən sonra başlayıb. Sonradan tuareqləri o ərazilərdən, ekstremistlər qovublar.

Ötən il BMT Təhlükəsizlik Şurası Malidə əsas yaşayış məntəqələrinin sabitləşməsi üçün yeni sülhməramlı missiyanın (MİNUSMA) yerləşdirilməsinin zəruriliyini təsdiqləyib.

Malidə 2013-cü il fevralın 11-dən 4 min Fransadan olan və 6 min Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi dövlətlərindən olan hərbçilər hərbi əməliyyatlar keçirirlər. İyun ayının sonunda BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Qətnaməyə əsasən, indi orada sülhməramlı funksiyaları ilə 11,2 min hərbçidən və 1440 polisdən ibarət "MINUSMA" kontingenti məşğul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti