...

ABŞ səfiri Ermənistandakı seçki pozuntularından danışdı

Dünya xəbərləri Materials 2 May 2017 11:30 (UTC +04:00)
ABŞ səfiri Ermənistandakı seçki pozuntularından danışdı.
ABŞ səfiri Ermənistandakı seçki pozuntularından danışdı

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı pozuntulara yol vermiş şəxslərin hökumət tərəfindən maliyyələşdirilən proqramlarda iştirakını qadağan edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.

Onun sözlərinə görə, ABŞ nümayəndləri seçki prosesində rüşvət, seçicilərə təzyiq faktları qeydə alıblar.

Səfir bu faktların digər beynəlxalq təşkilatlar tərəfindən də aşkar edildiyini bildirib: “Biz hökumətimizi bütün bu faktlarla bağlı geniş araşdırma aparmağa çağırmışıq”.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda qanun pozuntuları ilə müşayiət olunan parlament seçkiləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti