Bakı. Trend:
Tailandın Pattani şəhərində supermarketin yaxınlığında iki partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışlar nəticəsində 40 nəfər xəsarət alıb. Onların vəziyyəti ağırdır.
Partlayışın birinin zəif, digərinin güclü olduğu bildirilir.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.