...

Türkiyədən ABŞ-ın YPG-yə silah yardımına sərt REAKSİYA

Dünya xəbərləri Materials 10 May 2017 14:23 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə (kürd özünümüdafiə dəstəsi) silah yardımına sərt reaksiya verib.
Türkiyədən ABŞ-ın YPG-yə silah yardımına sərt REAKSİYA

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə (kürd özünümüdafiə dəstələri) silah yardımına sərt reaksiya verib.

Trend-in məlumatına görə, nazir YPG-yə verilən hər bir silahın Türkiyəyə yönələn təhdid olduğunu bildirib:

"Suriyanın ərazi bütövlüyünü dəstəkləyiriksə, yanlış addımlar atmamalıyıq. YPG və PKK ikisi də terror təşkilatıdır. Aralarında heç bir fərq yoxdur, sadəcə adları fərqlidir. Bunların əlinə keçən hər bir silah Türkiyəyə yönələn təhdiddir. Bizim bu məsələ ilə bağlı mövqeyimizi ABŞ rəhbərliyi də çox yaxşı bilir".

M.Çavuşoğlu əlavə edib ki, bu məsələ Vaşinqtonda prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın görüşündə də müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti