...

Türkiyə yerli istehsallı uzaqmənzilli raketi sınaqdan keçirib

Dünya xəbərləri Materials 11 May 2017 16:43 (UTC +04:00)
Türkiyə ilk dəfə yerli istehsal olan “Bora” uzaqmənzilli raketi sınaqdan keçirib
Türkiyə yerli istehsallı uzaqmənzilli raketi sınaqdan keçirib

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə ilk dəfə yerli istehsal olan “Bora” uzaqmənzilli raketi sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.

O qeyd edib ki, raket Türkiyənin şimalındakı Sinop vilayətindən buraxılıb və Qara dənizə düşüb.

Sınağın uğurla həyata keçirildiyi məlumat verilib.

Ekspertlərin fikrincə, “Bora” raketinin atəş məsafəsi 1000 kilometrdən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti