...

Meksikada narkokartelin üzvləri jurnalistlərə hücum ediblər

Dünya xəbərləri Materials 15 May 2017 03:12 (UTC +04:00)
Meksikada narkocinayətkarlıq haqqında material hazırlayal bir qrup jurnalist narkokartelin hücumuna məruz qalıblar
Meksikada narkokartelin üzvləri jurnalistlərə hücum ediblər

Bakı. Trend:

Meksikada narkocinayətkarlıq haqqında material hazırlayal bir qrup jurnalist narkokartelin hücumuna məruz qalıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, insident Meksikanın Herrero ştatında baş verib.

Məlumata əsasən, 7 yerli və xarici jurnalistlər yol ilə hərəkət edərkən onları "La Familia" narkokartelinin üzvləri saxlayıb və hədələyiblər. Jurnalistlərin heç biri ciddi xəsarət almayıb.

Qeyd edək ki, Herrero və Miçoakan ştatları Meksikanın ən təhlükəli ştatları sayılırlar. Bu ştatlar ABŞ-a narkotik satışı üzərində nəzarət uğrunda mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti