...

Olbrayt: Tramp "ev tapşırıqlarını" yerinə yetirmir

Dünya xəbərləri Materials 18 May 2017 20:06 (UTC +04:00)
ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt maraqlı bəyanatla çıxış edib.
Olbrayt: Tramp "ev tapşırıqlarını" yerinə yetirmir

Bakı. Trend:

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt maraqlı bəyanatla çıxış edib. Trend-in məlumatına görə, xanım Olbrayt bu bəyanatı ABŞ prezidenti Donald Trampın prezident postunda xaricə ilk səfərinə hazırlıqlar fonunda səsləndirib. Belə ki, o bəyan edib ki, Ağ Evdə nələr baş verməsindən, eləcə də Trampın beynəlxalq işlərdə təcrübəsinin az olmasından narahatdır.

Keçmiş dövlət katibi daha sonra bu fikirlərinə onu da əlavə edib ki, eləcə də Trampın "ev tapşırıqlarını" yerinə yetirməməsi onu narahat edir.

Qeyd edək ki, həftə sonu ABŞ prezidentinin xaricə ilk səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti