...

Tramp Kubanı Müstəqillik Günü münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 21 May 2017 03:05 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp Kuba dövlətini və ABŞ-da fəaliyyət göstərən bu ölkənin diasporunu Müstəqillik Günü münasibətilə təbrik edib
Tramp Kubanı Müstəqillik Günü münasibətilə təbrik edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kuba dövlətini və ABŞ-da fəaliyyət göstərən bu ölkənin diasporunu Müstəqillik Günü münasibətilə təbrik edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Tramp yazılı təbrikində amerikalıların və kubalıların azadlıq, ləyaqət və özünüidarə prinsiplərinə sadiqliyini bölüşdüyünü bildirib.

ABŞ Prezidenti ölkəsində yaşayan kubalıların ədəbiyyatda, incəsənətdə, idman və biznes sahələrində, məhkəmə sistemində, həmçinin Konqres, Prezident Administrasiyası və hərbi qurumlarda nailiyyətlərini qeyd edib.

Qeyd edək ki, müstəqil Kuba Respublikası 1902-ci ildə elan edilib və mayın 20-si Kubada Müstəqillik Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti