...

Nazirlik işçiləri təxliyə edildi - Bombaya görə

Dünya xəbərləri Materials 25 May 2017 19:43 (UTC +04:00)
Əmək nazirliyinin binası bomba xəbərinə görə boşaldılıb.
Nazirlik işçiləri təxliyə edildi - Bombaya görə

Bakı. Trend:

Braziliyada əmək nazirliyinin binası bomba xəbərinə görə boşaldılıb.

Trend-in məlumatına görə, mülki müdafiə əməkdaşları binanın 9-cu mərtəbəsində bomba yerləşdirilməsi barədə məlumat aldıqdan sonra əməkdaşların dərhal təxliyəsinə başlayıblar.

Qeyd edək ki, Brazilya prezidenti Mişel Temerin əlyehinə ölkədə kütləvi aksiyalar keçirilir. Məlumata görə, maliyyə və kənd təsərrüfatı nazirliyinin binalarında yanğınlar törədilib.

Bir qədər əvvəl prezidentin paytaxtdakı qarşıdurmaya son qoymaq və hökumət binalarını qorumaq məqsədilə ordu cəlb edilməsilə bağlı dekret elan etdiyi xəbəri yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti