...

Moskvada qasırğa “Aeroflot”un iki təyyarəsini zədələdi

Dünya xəbərləri Materials 30 May 2017 17:02 (UTC +04:00)
Moskva vilayətində ötən gün tüğyan etmiş qasırğa nəticəsində “Aeroflot” aviaşirkətinin iki təyyarəsi ziyan görüb
Moskvada qasırğa “Aeroflot”un iki təyyarəsini zədələdi

Bakı. Trend:

Moskva vilayətində ötən gün tüğyan etmiş qasırğa nəticəsində “Aeroflot” aviaşirkətinin iki təyyarəsi ziyan görüb. Trend-in məlumatına görə, təyyarələrin korpusunda əzik və cızıqlar əmələ gəlib.

Qasırğanın Moskva hava limanlarında uçuşlara hər hansı təsiri barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti