...

Sosial şəbəkədə müsəlmanları təhqir edən əcnəbi həbs edilib

Dünya xəbərləri Materials 30 May 2017 18:43 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Hindistan vətəndaşı sosial şəbəkədə Məhəmməd peyğəmbəri və müsəlmanları təhqir etdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edilib.
Sosial şəbəkədə müsəlmanları təhqir edən əcnəbi həbs edilib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Hindistan vətəndaşı sosial şəbəkədə Məhəmməd peyğəmbəri və müsəlmanları təhqir etdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, o həmçinin 136 min dollar dəyərində cərimə ödəməlidir.

Şəxsin özü isə ittihamları qəbul etmədiyini və “Facebook” hesabının sındırıldığını iddia edib.

BƏƏ qanunlarına görə, o, cəza müddətini başa vurduqdan sonra Hindistana deportasiya olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti