...

Litva prezidenti: Rusiya başlıca problemdir

Dünya xəbərləri Materials 1 İyun 2017 13:08 (UTC +04:00)
Litva prezidenti Dalya Qribauskayte Rusiyanı Baltik ölkələrinin başlıca problemi adlandırıb
Litva prezidenti: Rusiya başlıca problemdir

Bakı. Trend:

Litva prezidenti Dalya Qribauskayte Rusiyanı Baltik ölkələri üçün başlıca problem adlandırıb.

Trend-in məlumatına görə, Litva prezidenti bu fikrini Rusiyanın sərhəd bölgələrində daha çox hərbi təlimlər keçirməsi ilə əlaqələndirib.

Prezident xanım qeyd edib ki, Rusiyanın hərbi təlimləri getdikcə daha aqressiv xarakter alır. D.Qribauskayte əlavə edib: “Bu amil bizi hərbi qüvvəmizi daha da möhkəmləndirməyə məcbur edir”.

Xəbər lenti

Xəbər lenti