...

Ekspert: Qətər böhranı Türkiyəyə yalnız dolayı yolla təsir göstərə bilər

Dünya xəbərləri Materials 5 İyun 2017 17:14 (UTC +04:00)
Qətər böhranı heç bir halda Türkiyəyə bilavasitə təsir göstərə bilməz
Ekspert: Qətər böhranı Türkiyəyə yalnız dolayı yolla təsir göstərə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qətər böhranı heç bir halda Türkiyəyə bilavasitə təsir göstərə bilməz.

Bunu Trend-ə Türkiyənin “Strategic Outlook” analitika mərkəzinin rəhbəri Yusif Çınar deyib.

Onun sözlərinə görə, Qətər ətrafında yaranmış böhran son dövrlərdə Doha və Tehran arasında yaxınlaşma ilə əlaqədardır.

Ekspertin fikrincə, bu böhran həm müsbət, həm də mənfi yöndə dolayı yolla təsir göstərə bilər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti