...

Ərdoğandan Səudiyyə Ərəbistanına TƏKLİF: Hərbi baza açaq

Dünya xəbərləri Materials 16 İyun 2017 16:08 (UTC +04:00)
Türkiyə Səudiyyə Ərəbistanına hərbi baza açmaq barədə təklif bildirib.
Ərdoğandan Səudiyyə Ərəbistanına TƏKLİF: Hərbi baza açaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Səudiyyə Ərəbistanına hərbi baza açmaq barədə təklif bildirib. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın "RTP" telekanlına müsahibəsində deyib.

R.T.Ərdoğan deyib: "Hələ o zaman Qətər ərazisində hərbi baza açmaq barədə qərar qəbul edəndə mən Səudiyyə Ərəbistanı Kralı ilə görüş zamanı Krallıq ərazisində hərbi baza açmaq barədə təklif etmişdim".

Türkiyə prezidenti qeyd edib ki, o zaman Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bildrib ki, Ər-Riyad bu variantı nəzərdən keçirəcək.

Daha sonra Ərdoğan fikrini tamamlayıb: "Lakin hələ bu günə qədər bizim krallıq ərazisində hərbi baza yerləşdirilməsi barədə təklifimizə Səudiyyə Ərbistanı cavab verməyib".

Xəbər lenti

Xəbər lenti