...

Türkiyə XİN rəhbəri Səudiyyə kralı ilə qətər böhranını müzakirə edib

Dünya xəbərləri Materials 17 İyun 2017 04:10 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistana səfər çərçivəsində kral Salman bin Əbdüləziz Al Səud ilə görüşüb
Türkiyə XİN rəhbəri Səudiyyə kralı ilə qətər böhranını müzakirə edib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistana səfər çərçivəsində kral Salman bin Əbdüləziz Al Səud ilə görüşüb

Trend-in Anadolu-ya istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər qətər böhranını və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Xəbər lenti

Xəbər lenti