...

Portuqaliyada meşə yanğınları nəticəsində 24 nəfər ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 18 İyun 2017 06:04 (UTC +04:00)
Portuqaliyanın mərkəzində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb
Portuqaliyada meşə yanğınları nəticəsində 24 nəfər ölüb (YENİLƏNİB)

Bakı. Trend:

Portuqaliyanın mərkəzində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Portuqaliyanın baş naziri Antoniu Koşta deyib.

XXX

05:01

Portuqaliyanın mərkəzində 19 nəfər meşə yanğınlarının qurbanı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölənlərin 3-ü tüstüdən boğularaq, 16-sı isə öz avtomobillərində yanaraq ölüblər.

"Biz 19 nəfərin ölümünü təsdiq edirik. Onlar hamısı mülki şəxslər idi. Ölənlərin 3-ü tüstüdən boğularaq ölüb, 16-sı isə Fiqeyro-duş-Vinyuşdan Katanyera-de-Peraya gedən yolda avtomobillərində yanaraq ölüblər", - bunu jurnalistlərə daxili işlər üzrə dövlət katibi Xorxe Qomes deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti