...

Conni Depp Trampı öldürməklə hədələyib

Dünya xəbərləri Materials 23 İyun 2017 12:11 (UTC +04:00)
Məşhur anerikalı aktyor Conni Depp ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin onun həyatının sonu ola biləcəyini deyib
Conni Depp Trampı öldürməklə hədələyib

Bakı. Trend:

Məşhur amerikalı aktyor Conni Depp ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin ölümü ilə nəticələnə biləcəyini deyib.

Trend-in məlmatına görə, Böyük Britaniyada Qlastonberi rok-festivalında çıxış edən aktyor ABŞ-ın keçmiş prezidenti Avraam Linkolnun da bir aktyor tərəfindən öldürüldüyünü qeyd edib.

C.Depp deyib: “Axırıncı dəfə bir aktyor nə vaxt prezident öldürüb? Məncə artıq bunun vaxtıdır”.

Qeyd edək ki, ötən il aktyor Robert de Niro da D.Trampın sifətinə yumruq vurmaq istəyini səsləndirmişdi.

Xəbər lenti

Xəbər lenti