...

Moskvada qasırğa 2 nəfərin həyatına son qoyub, 22 insan xəsarət alıb

Dünya xəbərləri Materials 1 İyul 2017 12:39 (UTC +04:00)
Rusiya Mərkəzi federal dairəsinin ərazisində, o cümlədən Moskvada əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Moskvada qasırğa 2 nəfərin həyatına son qoyub, 22 insan xəsarət alıb

Bakı. Trend:

Rusiya Mərkəzi federal dairəsinin ərazisində, o cümlədən Moskvada əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, 10 nəfər xəstəxanalara yerləşdirilib, daha 12 nəfərə isə ambulator tibbi yardım göstərilib.

Güclü külək və yağış nəticəsində 42 500 nəfərin yaşadığı 327 yaşayış məntəqəsinin enerji təchizatı pozulub. 47 çoxmərtəbəli binaya, həmçinin 100-dən artıq avtomobilə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti