...

Daşqınlar Çinə milyardlarla dollar ziyan vurdu: 33 ölü

Dünya xəbərləri Materials 4 İyul 2017 11:33 (UTC +04:00)
Çinin bir sıra cənub vilayətlərində daşqınlar 33 nəfərin həyatına son qoyub, daha 15 nəfər itkin düşmüş hesab edilir.
Daşqınlar Çinə milyardlarla dollar ziyan vurdu: 33 ölü

Bakı. Trend:

Çinin bir sıra cənub vilayətlərində daşqınlar 33 nəfərin həyatına son qoyub, daha 15 nəfər itkin düşmüş hesab edilir.

Trend-in məlumatına görə, yerli qurumlar 8 vilayət və müxtar rayonda 100 minlərlə insanı təxliyə edib. Birbaşa iqtisadi zərər 18 milyard yuan (2,65 milyard dollar) qiymətləndirilir.

Təbii fəlakət nəticəsində 19 mindən çox ev dağılıb, 189 min ev, həmçinin 668,2 milyon hektardan çox əkin sahələri zərər görüb.

Ümumilikdə daşqınların 9,5 milyon nəfərə toxunduğu bildirilir.

Güclü yağıntıların bazar gününə qədər davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti