...

"Volvo" artıq benzinlə işləməyəcək - Elektromobillərə keçir

Dünya xəbərləri Materials 5 İyul 2017 20:58 (UTC +04:00)
"Volvo Cars" şirkətinin bütün yeni avtomobilləri 2019-cu ildə elektrik mühərriki ilə təchiz olunacaq.
"Volvo" artıq benzinlə işləməyəcək - Elektromobillərə keçir

Bakı. Trend:

"Volvo Cars" şirkətinin bütün yeni avtomobilləri 2019-cu ildə elektrik mühərriki ilə təchiz olunacaq.

Trend-in məlumatına görə, şirkətin yaydığı bəyanatda qeyd olunur ki, bu, tarixi qərardır:

"Bu o deməkdir ki, biz artıq yalnız daxili yanma mühərriki ilə təchiz edilmiş avtomobil istehsal etməyəcəyik".

Bildirilir ki, alıcılar daha çox elektromobillər haqqında soruşurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti