...

Varşavada sərnişinlər aeroportda qaldı - Trampa görə

Dünya xəbərləri Materials 6 İyul 2017 18:15 (UTC +04:00)
Polşanın paytaxtı Varşavaya gələn təyyarələrin sərnişinləri hava limanında bir saata yaxın təyyarənin qanadları altında gözləməli olublar.
Varşavada sərnişinlər aeroportda qaldı - Trampa görə

Bakı. Trend:

Polşanın paytaxtı Varşavaya təyyarə ilə gələn sərnişinlər hava limanında bir saata yaxın təyyarənin qanadları altında gözləməli olublar.

Trend-in məlumatına görə, buna səbəb ABŞ Prezidenti Donald Trampın hava limanından yola düşməsi olub.

Uzun müddət gözləyən sərnişinlər əvvəlcə bunun səbəbini bilməsələr də, daha sonra texniki işçilərdən biri uçuş-eniş zolağında “ABŞ prezidenti” yazısı olan təyyarəni göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti