...

Türkiyədə terrorçular orqtexnika daşıyan karvana hücum ediblər: 2 ölü, 3 yaralı

Dünya xəbərləri Materials 8 İyul 2017 23:08 (UTC +04:00)
Türkiyənin Hakkari əyalətində PKK terrorçuları orqtexnika daşıyan avtomobil karvanına hücum ediblər
Türkiyədə terrorçular orqtexnika daşıyan karvana hücum ediblər: 2 ölü, 3 yaralı

Bakı. Trend:

Türkiyənin Hakkari əyalətində PKK terrorçuları orqtexnika daşıyan avtomobil karvanına hücum ediblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, terrorçuların hücumu nəticəsində 2 nəfər həlak olub, 2-si ağır olmaqla 3 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti