...

Benqal körfəzində "Malabar-2017" hərbi təlimləri başladı

Dünya xəbərləri Materials 10 İyul 2017 12:45 (UTC +04:00)
Hindistan, ABŞ və Yaponiya birgə hərbi-dəniz təlimlərinə başlayıb
Benqal körfəzində "Malabar-2017" hərbi təlimləri başladı

Bakı. Trend:

Hindistan, ABŞ və Yaponiya birgə hərbi-dəniz təlimlərinə başlayıb.

Trend-in məlumatına görə, təlimlər Benqal körfəzində keçirilir.

“Malabar-2017” adını daşıyan təlimlər iyulun 17-ə kimi davam edəcək.

Bu təlimlərdə aviadaşıyıcı gəmilərin qarşılıqlı fəaliyyəti, hava hədəflərinə qarşı mübarizə və digər fəaliyyətlər həyata keçiriləcək.

Qeyd edək ki, Hindistan, ABŞ və Yaponiyanın iştirakı ilə “Malabar” təlimləri 2002-ci ildən keçirilir. Müxtəlif illərdə bu təlimlərdə Sinqapur və Avstraliyanın hərbi-dəniz qüvvələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti