...

Türkiyədə kazarmada yanğın və partlayış: 10 hərbçi xəstəxanada (FOTO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 13 İyul 2017 10:01 (UTC +04:00)
Türkiyənin Kilis vilayətində konteynerlərdən ibarət kazarmada yanğın baş verib.
Türkiyədə kazarmada yanğın və partlayış: 10 hərbçi xəstəxanada (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyənin Kilis vilayətində "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərin qaldığı konteynerlərdən ibarət kazarmada yanğın baş verib.

Trend-in məlumatına görə, əsən güclü külək nəticəsində yanğın silah anbarına keçib, bir sıra döyüş sursatları partlayıb.

Qatı tüstüdən zəhərlənən 10 hərbçi xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsinə helikopter də cəlb olunub.

Hazırda hansı səbəbdən baş verdiyi araşdırılan yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti