...

Tramp Səudiyyə Ərəbistanı kralı ilə Qətər böhranının həllini müzakirə edib

Dünya xəbərləri Materials 15 İyul 2017 04:24 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman arasında telefon danışığı olub
Tramp Səudiyyə Ərəbistanı kralı ilə Qətər böhranının həllini müzakirə edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Qətər böhranının həllini müzakirə ediblər.

Bundan əlavə, Səudiyyə Ərəbistanı kralı pezident Trampı Mosulda İŞİD üzərində qələbə münasibəti ilə təbrik edib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti