...

İran prezidentinin qardaşı pul girovu müqabilində azad edildi

Dünya xəbərləri Materials 18 İyul 2017 10:21 (UTC +04:00)
İran prezidenti Həsən Ruhaninin qardaşı Husseyn Fereydun pul girovu müqabilində azad edilib.
İran prezidentinin qardaşı pul girovu müqabilində azad edildi

Bakı. Trend:

İran prezidenti Həsən Ruhaninin qardaşı Husseyn Fereydun pul girovu müqabilində azad edilib. Trend-in məlumatına görə, o, bazar günü maliyyə cinayətlərində ittiham olunuraq həbs edilmişdi.

Ötən gün isə səhhətində yaranan problemlə əlaqədar onun xəstəxanaya köçürüldüyü bildirilmişdi.

Bazar ertəsi axşam saatlarında isə məhkəmə prezidentin qardaşının pul girovu müqabilində azad edilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti