Bakı. Trend:
Venesuelanın Ansoateqi ştatında etirazlar zamanı 1 nəfər ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ölkə prokurorluğu xəbər verib.
Həlak olanın hazırki hakimiyyətin tərəfdarı olduğu ehtimal edilir. Onun ölümünə səbəb kimi partlayıcı qurğunun işə salınması göstərilir, ölümündən sonra isə cəsədin benzin tökülərək yandırıldığı bildirilir.