...

Yıldırım: Zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb

Dünya xəbərləri Materials 21 İyul 2017 15:44 (UTC +04:00)
Bu gecə Türkiyədə baş verən zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb.
Yıldırım: Zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu gecə Türkiyədə baş verən zəlzələ nəticəsində 20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb. Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Baş nazir vurğulayıb ki, zəlzələ nəticəsində ölən olmayıb, lakin kiçik dağıntılar qeydə alınıb.

Onun sözlərinə görə, hazırda dağıntıların fəsadları aradan qaldırılır.

Qeyd edək ki, bu gecə Egey dənizində, Türkiyənin Muğla vilayəti yaxınlığında 6,3 bal gücündə zəlzə baş verib.

Xəbər lenti

Xəbər lenti